“ABŞ Rusiyanı qanadlı raketlərlə vura bilər”

Kipr yaxınlığında qısa müddət ərzində dayanan ABŞ Hərbi Dəniz Qüvvələrinin “Georgia” nüvə sualtı qayığı Aralıq dənizində olsa belə, “Tomaqavk” qanadlı raketləri ilə Rusiyanı vura bilər.

SİA xəbər verir ki, bu barədə Amerika nəşri “The Drive” yazıb.

Nəşr hesab edir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin bu cür hərəkətləri müttəfiqlərə və Moskvaya siqnaldır:

“1 000 mil radiuslu bir dairə çəkin. Bu dairənin daxilindəki potensial hədəflərin əksəriyyəti risk altındadır. Bu o deməkdir ki, sualtı qayıq Krım, Ukrayna və Rusiyadakı hədəfləri asanlıqla vura bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB