Fransada idman yarışlarında hicab qadağan edilib

Fransada Senat idman tədbirlərində açıq-aşkar dini simvolların taxılmasını qadağan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, idman qanununda yarışlarda hicabın qadağan edilməsini də nəzərdə tutan dəyişiklik 160 səslə qəbul edilib. Həmçinin idman naziri Roksana Maracinenau dini simvolların geyinilməsinin dəyişdirilməsinə qarşı olduğunu bildirib.

Qeyd edək ki, dəyişiklik qanuni qüvvəyə minərsə, onun 2024-cü il Paris Olimpiya Oyunlarında tətbiq edilib-edilməyəcəyi hələlik məlum deyil.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...