İngiltərədən radikal koronavirus qərarı!

İngiltərənin Baş naziri Boris Conson, Covid-19-un “Omikron” variantının yayılmasını yavaşlatmaq üçün tətbiq edilən məhdudiyyətləri aradan qaldırmaq qərarına gəldiklərini açıqladı. SİA xarici mətbuata istinadən xəbər verir ki, Conson, parlamentdə xalqa evdən işləməyin deyiləcəyini və yanvarın 27-dən maskaların və peyvənd pasportlarının məcburi istifadəsinin sona çatacağını söyləyib. Covid-19-a yoluxan insanların özünü təcrid etmə qaydasını aradan qaldırmağı hədəflədiklərini qeyd edən Conson, müvafiq tənzimləmə martın 24-də başa çatdıqda, qanuni öhdəliyin qaldırılacağını və hətta bu tarixin irəli çəkilə biləcəyini söyləyib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə