Qazaxıstan MN ölkədə xarici hərbçilərin olmadığını açıqlayıb

Qazaxıstanda artıq heç bir əcnəbi hərbçi yoxdur, KTMT sülhməramlılarının vətənlərinə qaytarılması ölkə prezidenti Qasım-Jomart Tokayevlə razılaşdırılaraq həyata keçirilib. SİA xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Oljas Xusainov brifinqdə bildirib.

"Hazırda Qazaxıstan Respublikasının ərazisində xarici dövlətlərin hərbi qulluqçusu yoxdur. KTMT-nin sülhməramlı kontingentinin mərhələli şəkildə ölkəmizdən çıxarılması Ali Baş Komandanın müəyyən etdiyi müddətə uyğun olaraq həyata keçirilib”, deyə Xusainov qeyd edib.

Qeyd edək ki, çərşənbə günü Rusiya Müdafiə Nazirliyi bildirib ki, KTMT qüvvələrinin rus hərbçiləri və sülhməramlıların rəhbəri ilə birlikdə son dörd hərbi-nəqliyyat təyyarəsi Qazaxıstandan Rusiyaya uçub. Ermənistan, Belarus, Qırğızıstan və Tacikistanın sülhməramlı kontingentləri daha əvvəl qayıdıblar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə