Pakistanda partlayış nəticəsində qatar relsdən çıxıb, yaralılar var

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində sərnişin qatarı bomba partlaması nəticəsində relsdən çıxaraq aşıb.

SİA xəbər verir ki, bu barədə məlumatı federal dəmir yolları naziri Məhəmməd Əzəm Xan Svati bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Bildirilir ki, hərəkətdə olan qatarın yaxınlığında partlayıcı qurğu işə salınıb. Nazir əlavə edib ki, digər sərnişinlər artıq əlavə qatarla mənzil başına yola salınıb.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə