Mərakeş Krallığı bu yaxınlarda kəşf olunan dəniz yatağından 2024-cü ilə qədər qaz hasil etməyi planlaşdırır.
SİA xəbər verir ki, bu barədə Milli karbohidrogenlər və faydalı qazıntılar idarəsinin Baş direktoru Amina Benxadra bildirib. Qazın hasil olunması 2024-cü ildə Laraş liman şəhərində yerləşən Liksus dəniz kəşfiyyat sahəsində planlaşdırılıb.
A.Benxadranın sözlərinə görə, kəşf olunan qaz Kuneytra və Moxammediya stansiyalarının qidalanması üçün elektrik enerjisinin istehsalına yönəldiləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə