COVİD-19-a yoluxanların 347 617 nəfərə çatıb - ERMƏNİSTANDA

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 347 617 nəfərə çatıb. SİA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 240 nəfər COVİD-19-a yoluxub, 1 nəfər ölüb.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 8 019 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 1 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1 516 nəfərə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə