"Bu, yarış gözləntilərini artırır" -BAYDEN

ABC telekanalına müsahibəsində yenidən seçilmək fikrində olub-olmaması ilə bağlı suala Bayden belə cavab verib: "Mən taleyə hədsiz hörmət edən insanam. Tale həyatımda dəfələrlə özünü göstərib. Əgər o zaman sağlamlığım yaxşı olsa, indiki kimi, yenidən namizəd olacam”. SİA xarici mətbuata istinadən xəbər verir ki, aparıcı Devid Moirdən ABŞ-ın keçmiş prezidenti Donald Trampla yenidən namizədliyini irəli sürmək istəyib-istəməməsi ilə bağlı sualına Bayden, "Tramp namizəddirsə, mən niyə ona qarşı mübarizə aparmamalıyam. Bu, yarış gözləntilərini artırır" -deyə cavab verdi.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə