Tunis prezidenti Kays Səid hökumət sisteminin dəyişdirilməsi üçün 25 iyul 2022-ci ildə konstitusiya referendumunun, 17 dekabr 2022-ci ildə isə növbədənkənar ümumi seçkilərin keçiriləcəyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Səidin 25 iyul 2021-ci il tarixli fövqəladə qərarları ilə işi dondurulan Məclis, 17 dekabr 2022-ci ildə keçiriləcək növbədənkənar ümumi seçkilərə qədər bağlı qalacaq.
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB