Ağ Ev Putin və Bayden arasında keçiriləcək görüşü şərh edib

ABŞ Preizdenti Cozef Bayden Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı yalnız Ukrayna ətrafındakı vəziyyəti deyil, həm də kibertəhlükəsizlik, Moskva və Vaşinqton münasibətlərinin digər məsələlərini də müzakirə edəcək.

SİA xəbər verir ki, bunu jrunalistlərə açıqlamasında Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

Onun sözlərinə görə, ABŞ ABŞ Rusiya ilə münasibətləri daha sabit vəziyyətə gətirməyi hədəfləyir, gərginləşdirməyə çalışmır.

C.Psaki əlavə edib ki, iki ölkə liderləri arasında gözlənilən dialoq ABŞ-ın Rusiyaya öz təhdidlərini irəli sürmək imkanı kimi qiymətləndirilməməlidir.

Qeyd edək ki, dekabrın 7-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Cozef Bayden arasında videoformatda görüş keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...