Türkiyədə leysan nəticəsində evləri su basıb

Türkiyədə Muğla bölgəsinə aid Bodrum və Marmarisdə leysan yağışlar nəticəsində bəzi məhəllələri su basıb. SİA Anadolu agentliyinə istinadla bildirir ki, leysan nəticəsində Mazı Məhəlləsində dərə daşıb və qaya parçaları yollara aşaraq, hərəkəti dayandırıb. Bölgədəki əkin əraziləri də su altında qalıb.

Səlahiyyətli şəxslər evlərin leysan sularından təmizləməyə, yolları açmağa başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...