Yəməndə 120 husini öldürülüb

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin Marib şəhərində keçirdiyi əməliyyat zamanı husilərin 120 nümayəndəsini öldürüb.

SİA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi məlumat yayıb.

Belə ki, son 24 saat ərzində koalisiya qüvvələri Maribdə husilərin 23 hədəfinə hücum edib. Nəticədə 120 silahlı öldürülüb, 16 hərbi avtomobil və iki hava hücumundan müdafiə sistemi məhv edilib.

Husilər 2014-cü ildən Yəmənin paytaxtı Səna da daxil olmaqla, ölkənin bəzi bölgələrinə nəzarəti ələ keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...

Digər layihələrimiz


Tərəfdaşlarımız


VTB