6 bal gücündə zəlzələ baş verib

Myanmanın Banqladeşlə sərhədində 6 bal gücündə zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) 6 bal gücündə zəlzələnin episentrinin ölkənin Banqladeşlə sərhədində yerləşən Hakha şəhərindən 19 kilometr şimal-qərbdə olduğunu açıqlayıb. 32,8 kilometr dərinlikdə qeydə alınan zəlzələ qonşu Banqladeşdə də hiss olunub. İlkin məlumata görə, zəlzələdə can və mal itkisi olmayıb. "Reuters"in məlumatına görə, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında dərc edilmiş şahid ifadələri və "Twitter" istifadəçiləri Banqladeşin Çittaqonq şəhərində və Hindistanın şərqindəki Kolkata şəhərində, Aizavldan təxminən 450,62 km aralıda yerləşir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə