Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən dəstəklənən "Oceanix" adlı üzən şəhərin 2025-ci ilə qədər inşa ediləcəyi bildirilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, üzən şəhərin tikintisi layihə rəhbərləri tərəfindən imzalanan “tarixi razılaşma” sayəsində başlayacaq, Koreyanın Busan sahillərindəki icma isə dənizin dibinə lövbər salmış bir neçə adadan ibarət olacaq. Binaların damındakı günəş panellərindən elektrik enerjisi istehsal edəcək şəhər öz qida və şirin suyunu istehsal edəcək. Yeni şəhər həm də üzən şəhərlərin izdihamlı sahil icmaları üçün uyğunluğunu qiymətləndirmək üçün prototip rolunu oynayacaq.
Üzən şəhərdə daşqın riskini aradan qaldırmaq üçün dənizlə birlikdə yüksələn bir neçə süni adadan ibarət “daşqına davamlı infrastruktur” olacaq. Şəhərin üzən platformaları dəniz dibinə lövbər salacağı üçün sel, sunami və 5-ci kateqoriya qasırğa kimi təbii fəlakətlərə tab gətirə biləcək. Məlumat verilib ki, 75 hektar ərazini əhatə edən daha böyük kəndlərdə 10 minə qədər insan yerləşə bilər. Şəhər haqqında danışan Mohd Şərif, bunları bildirib: "Biz üzən şəhər konsepsiyası vasitəsilə iqlimə uyğunlaşma və təbiətə əsaslanan həlləri inkişaf etdirməyi səbirsizliklə gözləyirik və Busan prototipi yerləşdirmək üçün ideal seçimdir".
Şəhərin tikintisində yerli materiallara, o cümlədən tez böyüyən bambuklara üstünlük veriləcək ki, bu da poladdan altı dəfə çox dartılma gücünə və mənfi karbon izinə malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB