Bolqarıstan paytaxtı Sofiyanın qərbində, Pernik şəhəri yaxınlığındakı Bosnek kəndində Şimali Makedoniya dövlət nömrə nişanlı sərnişin avtobusu yol kənarındakı baryerlə toqquşaraq yanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Struma" şossesində baş verən qəzada 12-si uşaq olmaqla 46 Şimali Makedoniya vətəndaşı yanaraq ölüb. Qəzada yaralanan 7 nəfər Sofiyada xəstəxanaya aparılıb. Yol polisi magistral yolda hərəkəti başqa yollara yönəldib.
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB