Mühacirlər arasında Yunanıstan personalı tərəfindən döyülənlər də var

Yunanıstan qadın və uşaqlar da daxil olmaqla qeyri-qanuni miqrantları Egey dənizindəki Türkiyə ərazi sularına sıxışdırmağa davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyi (MSB) Yunanıstan Sahil Mühafizəsi əməkdaşlarının silahla və çubuqlarla vurulan immiqrantları Türkiyənin ərazi sularına itələməsinin görüntülərini paylaşıb.

Müxtəlif vaxtlarda qeydə alınan görüntülərdə Yunanıstanın qadın və uşaq da daxil olmaqla qeyri-qanuni miqrantları vəhşicəsinə geri itələdiyi görünür. Kamera qeydləri ilə dəfələrlə sübut edilən qeyri-insani təcrübə ilə Yunan Sahil Mühafizəsi əməkdaşları nizamsız miqrantların olduğu qayıqları Türkiyə ərazi sularına gətirir. Təhlükəli manevrlərlə mühacir qayığının irəliləməsinə mane olan yunan tərəfindən dəyənəklərlə mühacirləri vurur, silahlarını doğrultaraq qayığı batırmağa cəhd edirlər. Kadrlarda yunan tərəfinin havaya və qayığın ətrafına atəş açması anları da yer alıb. Türkiyə tərəfindən kömək əli verilən mühacirlər arasında Yunanıstan personalı tərəfindən döyülənlər də var.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə