Son zamanlar Avropanın ən mühüm gündəm mövzusu olan Polşa-Belarus sərhədindəki miqrant böhranı davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Polşanın verdiyi açıqlamada Belarus qüvvələrinin qaçqınları Kuznitsa sərhəd qapısına yönəltdiyi bildirilib. Bölgədən əldə edilən son dəqiqə məlumata görə, sərhəddə qarşıdurma yaranıb.
Polşa Müdafiə Nazirliyindən verilən açıqlamada sığınacaq axtaranların Kuznitsa sərhəd qapısına gəlməyə davam etdiyi və bu qaçqınların Belarus təhlükəsizlik qüvvələri tərəfindən istiqamətləndirildiyi iddia edilib. “Belarus tərəfindən Kuznitsa sərhəd-keçid məntəqəsinə getdikcə daha çox immiqrant qrupları gətirilir”, - deyə məlumatda deyilir. Belarus Dövlət Sərhəd Komitəsinin verdiyi açıqlamada 2100-ə yaxın sığınacaq axtaran şəxsin böhrandan müsbət nəticə gözlədiyi bildirilib. Polşa tərəfdə mühacirlərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşandığı bildirilib. Mühacirlərə Polşa təzyiqli su ilə müdaxilə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB