Türkiyə olmadan Suriyada həll variantı mümkün deyil

ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyə olmadan Suriyada həll variantının mümkün olmadığını deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ceffri, "Türkiyəsiz Suriyada həll yolu ola bilməz"-deyə qeyd edib. Ceffri "Bu, ABŞ və Türkiyə arasında əməkdaşlığı məcbur edir. Əsəd sağ qalmağa çalışır. Heç bir şəkildə razılığa gəlmir. Onun tək istəyi hakimiyyətdə qalmaqdır. O, dağıntıların idarəçisi olmağa üstünlük verir.Suriya rəhbərliyi narkotik ticarətinin qarşısını almağa çalışır: "Bu yolla öz hərbi qüvvələrini maliyyələşdirir. İqtisadi üstünlük əldə etməyə çalışır"-deyə əlavə edib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə