ÜST-dən ciddi xəbərdarlıq edildi

ÜST-ün Covid-19 üzrə eksperti Maria van Kerkhove cümə günü Cenevrədə bildirib ki, hazırda dövriyyədə olan virusun Delta variantı əvvəlki variantlardan qat-qat daha yoluxucudur. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə direktoru Mayk Rayan bəzi ölkələrin çətin vəziyyətdə olduğunu və çox sərt tədbirlər görməli olduqlarını söyləyib. Həmişə olduğu kimi, ÜST heç bir konkret ölkənin adını çəkmədi və ya hər hansı konkret hökumətin hərəkətlərini şərh etməyib. Göstərilən tədbirlərə maskaların geniş yayılması, məsafənin saxlanması, qapalı yerlərin yaxşı havalandırıldığına əmin olmaq, kiçik yerlərdə toplaşmaqdan çəkinmək və mümkün olduqda evdən işləmək daxildir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə