NASA-nın peyklərindən əldə edilən məlumatlara əsasən, son 30 ildə planetimizin mezosferinin daraldığı və soyuduğu aşkar edilib. Mezosfer stratosfer ilə termosfer arasında yerləşir. Dəniz səthindən 50-80 km hündürlükdə olan atmosfer qatıdır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu, insanlığın sonunu gətirə bilər. Alimlər mezosferdəki qorxulu vəziyyətin iqlim dəyişikliyinin təsirləri ilə bağlı olduğunu düşünürlər. Mütəxəssislər, lazımi tədbirlər görülmədiyi təqdirdə dəyişikliklərin davam edə biləcəyini deyir. Hampton Universitetinin atmosfer elmləri üzrə alimi James Russell, "Bu, qorxulu bir vəziyyətdir. Yorğan altına girdiyiniz zaman yorğan bədən istiliyini saxlayır. Beləliklə, üşümürsünüz. Karbon dioksid də belə edir, istiliyi tutur. Mezosferdəki büzülmə daha çox istiliyin yuxarı atmosferə çatdığını göstərir"-deyə qeyd edib.
Karbon dioksid molekulları tərəfindən tutulan istilik kosmosda itirilir. Bununla belə, havanın soyumasına və büzülməsinə səbəb olur. NASA bu təsiri dondurucuya yerləşdirilmiş şarın büzülməsinə bənzədir. Mezosferdəki dəyişiklik elm adamlarının etdiyi yeganə kəşf deyil. "Science Advances"də dərc olunan yeni araşdırmaya görə, atmosferin aşağı təbəqəsi də son 20 ildə 60 m yüksəlib. Toronto Universitetinin tədqiqatçıları bu kəşfi troposferdə ediblər. Troposfer, yaşamaq üçün lazım olan oksigeni və atmosferin ümumi kütləsinin təxminən 85 faizini saxlayan əsas təbəqədir. Həm də buludların əmələ gəlməsi, yağış və qar yağması, təzyiqin dəyişməsi, hava axınları kimi meteoroloji hadisələrin yaşandığı yerdir. Fəsilləri yaradır və iqlim şəraitini müəyyən ediblər. Son hadisələr insan faktorunun troposferə ziyan vurduğunu göstərir. Alimlər iqlim dəyişikliyi və istixana effektinin troposferdəki temperatur balansını daha da dəyişəcəyindən qorxurlar. Toronto Universitetindən Jane Liunun fikrincə, vulkan püskürmələri və tufanlar troposferə də təsir edə bilər. NASA hesab edir ki, Yer 1880-ci ildən bəri 1C-dən bir qədər çox isinmişdir. Əgər tədbirlər görülməsə, qlobal istiləşmə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB