Polşa ilə Belarus sərhədi arasında sıxışıb qalan iraqlı, yəmənli, suriyalı minlərlə mühacir Polşanın sərt müdaxilələrinə baxmayaraq Belarus sərhəddini keçərək Avropaya çatmağa çalışır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Belarus səlahiyyətlilərinin paylaşdığı görüntülərdə minlərlə immiqrant sərhəddə gözlədiyi halda, mühacirlərə qarşı qeyri-mütənasib güc tətbiq etməkdən çəkinməyən Polşa bütün hərbi birləşmələri ilə sərhəddə olmağa davam edir. Polşa ölkəyə qəbul etmək istəmədiyi mühacirləri məhdudlaşdırmağa çalışsa da, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərb üzvləri Belarusu Avropa Birliyinin şərq sərhədində sabitliyi pozmaq üçün mühacirlərdən istifadə etməkdə ittiham edir.
Qərbli üzvlər birgə bəyanatda Belarus hökumətini immiqrantların həyatını “siyasi məqsədlərlə” təhlükə altına almaqda ittiham edib və beynəlxalq ictimaiyyəti tədbir görməyə çağırıb. Bundan əlavə, Belarus bütün bəyanatlara veto qoymaq hüququna malik daimi şura üzvlərini Fransa, Böyük Britaniya və ABŞ-dan yayındırmaqla yanaşı, ölkədə artan insan haqları pozuntularından yayındırmağa çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB