Bu ilin əvvəlində "YouTube" videolar üçün bəyənməmələri gizlətmək üçün sınaqlara başlayıb. "YouTube"un məqsədi istifadəçilərin video yaradıcılarına qarşı bəyənməmək hücumlarının qarşısını almaq idi. İyul ayında aparılan təhlillərdən sonra bəyənməmələrin sayında azalma olduğu müəyyən edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, "YouTube" indi bütün videolardakı bəyənməmə saylarını gizlətmək üçün tədbir görüb. Videolardakı "Dislike" düyməsi heç yerə getmir, yəni silinmir. Bununla belə, istifadəçilər hər hansı videonu pis hesab edərlərsə, bəyənməsələr, bəyənməyə bilərlər. "YouTube" sadəcə bəyənməmə sayını gizlədəcək.
"YouTube Studio"dan bəyənməmələrin sayını yalnız kanal sahibləri, yəni yaradıcılar görə biləcək. "YouTube"un verdiyi açıqlamada yaradıcıların uğur qazanması, özlərini ifadə etmələri, kiber təcavüzdən qorunmaq və özlərini təhlükəsiz hiss etmələri üçün inkluziv və hörmətli bir mühit yaratmaq üçün belə bir qərar qəbul etdiyi bildirilib. Şirkət vurğulayıb ki, bəyənməmələrin sayını gizlətmək ümumiyyətlə, platformanı qorumaq üçün atılan bir neçə addımdan biridir. Bəzi tənqidçilər "YouTube"un qərarına etiraz edərək, bəyənməmələrin sayının istifadəçilərin videonun baxmağa dəyər olub-olmamasına təsir etdiyini iddia ediblər. Bununla belə, "YouTube" rəsmiləri bəyənməmələrin sayının video baxış sayına nəzərəçarpacaq dərəcədə təsir göstərmədiyini müdafiə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB