İran təlimlər zamanı bunu aşkarladı

İran ordusu ölkənin cənub-şərqində Sistan-Bəlucistan əyalətinin Mekran çimərliklərində "Zülfikar-1400" adı altında təlimlər keçirir. SİA xarici mətbuata istinadən xəbər verir ki, təlim zamanı İranın hava hücumundan müdafiə identifikasiya zonasına (ADIZ) daxil olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 2 RQ4 və MQ-9 tipli PUA-nın ələ keçirildiyi və xəbərdarlıq edildiyi bildirilib. ABŞ pilotsuz təyyarələrinin İran ordusunun keçirdiyi təlimlə bağlı məlumat toplamaq üçün bölgəyə gəldiyi iddia edilib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə