Çindən koronavirus əleyhinə dərman iddiası var

Çindən verilən açıqlamada, koronavirusun bütün variantlarına qarşı tam təsirli antitel aşkar edildiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Pekin Genom Elmi Qabaqcıl İnnovasiya Mərkəzinin direktoru Sunniy Şie, inkişaf etdirilən yeni koronavirus dərmanı ilə bağlı təəccüblü açıqlamalar verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, laboratoriya araşdırmalarında "DXP-604" adlı antitelin virusun bütün mutasiyalarına qarşı təsirli olduğunu vurğulayan Sunniy, Pekin Ditan Xəstəxanasında bu antiteldən istifadə edilərək istehsal edilən bir dərmanın ikinci mərhələ klinik sınaqlarına başlanıldığını bildirib.

Sunniy, indiyə qədər 14 xəstə üzərində sınaqdan keçirilən dərmanın virusun simptomlarını aradan qaldırmaqda müvəffəqiyyətli olduğunu bildirib. Şirkətin prezidenti və baş icraçı direktoru Honq Ci vurğulayıb ki, peyvənd hələ də virusla mübarizənin ən vacib vasitəsidir, lakin antitel müalicələrinin yaratdığı sürətli immun reaksiya ilə virus daşıyan insanlarda profilaktik müalicə üçün istifadə edilə bilər. Hələ heç bir simptom göstərməyən və ya virus daşıyıcıları ilə yaxın təmasda olanlar bundan yararlana bilər. Çində Covid-19 üçün təsdiqlənmiş dərman və ya müalicə yoxdur.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə