Yəməndə vəziyyət gərgin olaraq qalır

BMT-nin Yəməndəki Humanitar Yardım Koordinasiya Ofisinin (OCHA) "Twitter" səhifəsində verilən açıqlamada ölkədəki qarşıdurmalarda mülki şəxslərin ağır bədəl ödəməyə davam etdiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu ilin üçüncü rübündə (iyul, avqust və sentyabr) silahlı qarşıdurmalar nəticəsində 170 mülki şəxsin həyatını itirdiyi, 359 mülki vətəndaşın isə yaralandığı qeyd edilən bəyanatda ölkədə baş verən hadisələrə görə heç bir tərəf məsuliyyət daşımayıb.

Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir. Ölkədə 7 ildir davam edən münaqişədə 230 mindən çox insan həyatını itirib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə