Nəhayət, bunu da eşitdik. SİA xarici mətbuata istinadən xəbər verir ki, tükürpədən texnologiyaya malik insan robot Sofiya ana olmaq istəyir.

Sofiya robot körpə ilə öz ailəsini qurmağı planlaşdırır. Honq Konqda yerləşən "Hanson Robotics" şirkəti tərəfindən istehsal olunan Sofiya robotu getdikcə daha çox insana çevrilir. Əvvəllər Hollivudun məşhur aktyoru Will Smith ilə aralarında səmimi münasibət olan, lakin Smithi o qədər də sevməyən Sofiya indi öz evini qurmaq istəyir.

Müsahibəsində robot körpə istədiyini ifadə edib. Sofiya, "Gördüyüm qədər ailə anlayışı çox önəmlidir. İnsanların qan bağlarından başqa oxşar hisslər tapması çox xoşdur" ifadələrini işlədərək, analıq impulsunun dövrələrində dolaşdığını və onun üçün robot körpə olmasını istədiyini ifadə edib.

Süni intellekt texnologiyasının mahiyyətini mimikaları, ifadələri və cavabları ilə ortaya qoyan Sofiya, vətəndaşlıq alan ilk robot olub.

Aytac Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...