Saakaşvili Gürcüstana bilet alıb...

Deyilənə görə, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili artıq Tiflisə bilet alıb.

“Əlbəttə ki, dediyim kimi, oktyabrın 2 -si axşam saatlarında Tbilisidə sizinlə olmaq və iradənizi qorumaq üçün, eləcə də Gürcüstanın xilas edilməsində iştirak etmək üçün bilet aldım”.

Qeyd edək ki, TASS sabiq gürcü prezidentin sözlərindən sitat kimi yuxarıdakı cümləni gətirib

Xatırladaq ki, Saakaşvili sentyabrın 6 -da yerli hakimiyyət orqanlarına keçiriləcək seçkilər günü vətəninə dönməyi planlaşdırdığını elan etmişdi. Bundan bir neçə gün sonra isə müxalifətdə olan “Qanun və Ədalət” partiyasının lideri Tamar Çarkviani keçmiş prezidenti Gürcüstana qaytarmaq məqsədi ilə “Milli Hərəkat” yaradıb.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...