“Rusları qarşıda kəskin daxili siyasi böhran gözləyir…”

“…Hakimiyyətin sadə vətəndaşlara və elitlərə təklif edəcək heç bir şeyi yoxdur və seçkilərdən sonra donmuş sistem yalnız xəyali bir tarazlıq saxlayır”.

Deyim ki, bunu rusiyalı iqtisadi siyasət və investisiya üzrə ekspert İvan Çumakov deyib. Onun sözlərindən belə çıxır ki, “ruslar hələ ki, duza gedirlər”, amma bunun sonu da elə ürəkaçan görünmür, yəni 2022 -ci ilin yazından etibarən Rusiyanı kəskin daxili siyasi böhran gözləyir.

Çumakova görə, bu gün artıq Rusiyanın Dövlət Duması simulakruma, yəni mövcud olmayan bir şeyin surətinə çevrilməkdədir. Məhz ona görə də rusları qabaqda kəskin daxili siyasi böhran gözləyir: “...Düşünürəm ki, bu gələn ilin yazında reallaşa bilər. …Üstəlik də bu gün ölkədə, sosial-iqtisadi vəziyyət getdikcə pisləşir”.

Çumakovun sözlərinə görə, seçkilərin nəticələri avtoritarizmin daha da güclənməsi perspektivinə işarə etsə də, bu proses əbədi davam edə bilməz…

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə