İstiləşməsinin fəlakətli nəticələri barədə xəbərdarlıq...

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterriş iqlim konfransında 1,5 dərəcə Selsi üzərində qlobal istiləşmənin fəlakətli olacağını söyləyib.

Onun sözlərinə görə, “…hazırda dünya fəlakətə doğru gedir - hər kəsin əvvəllər məhdudlaşdırmağa razı olduğu kimi 1,5 dərəcə deyil, 2,7 dərəcə istiləşmə gözlənilir. Amma ...elm 1,5 dərəcədən yuxarı hər hansı bir istiləşmənin fəlakət olacağını söyləyir”. Bu, Guterrisin bizi gözləyən fəlakətlə bağlı çaldığı təbildir.

Qeyd edək ki, Guterris, temperaturun 1,5 dərəcə artımını məhdudlaşdırmaq üçün 2030-cu ilə qədər emissiyaların 45 fazi azaltmasının lazım olduğunu söyləyib. Yenə də onun sözlərinə görə, “…o zaman əsrin ortalarına qədər karbon neytrallığına nail olmaq mümkün olacaq”.

Eyni zamanda, təşkilatın baş katibi sözünə davam edərək, dünya ölkələrinin 2030 -cu ilə qədər istixana qazı emissiyalarını 2010 -cu illə müqayisədə 16 faizdən də çox artıracağını da istisna etməyib. Təbii ki, bunun qarşısını almaq üçün 100 milyard dollar ayırmağa ehtiyac var…Amma haradan?

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə