“Taliban” “rəsmisi” yenə vəd verir...

“Taliban” hərəkatı hökumətinin məlumat və mədəniyyət nazirinin müavini Zabihullah Mücahid tezliklə qızların Əfqanıstan məktəblərinə getməsinə icazə verəcəklərini bildirib.

Onun sözlərinə görə, Əfqanıstan İslam Əmirliyindən olan səlahiyyətlilər, hazırda “qızların məktəblərində müəllimləri necə bölüşdürməklə yanaşı, sinifləri necə bölüşdürmək” üzərində işləyirlər.

Qeyd edək ki, Zabihullah Mücahid hazırda ölkənin 1-6-cı siniflərdə oxuyacaq oğlan uşaqlarına kişi müəllimlərin dərs keşmələrinə icazə verilən dərslərin başlanmasını şərh edib.

Gərək ki, xatırlamış olarsınız, daha əvvəl “Taliban” Əfqanıstanda oğlan və qız uşaqları üçün ayrıca təhsilin təşkil ediləcəyini qeyd etmişdi.

...Ancaq unutmaq lazım deyil ki, taliblər əvvəllər də belə vədlər çox veriblər, amma... “Taliban” 1996-2001-ci illərdə Əfqanıstanda hökmranlıq edəndə qızlara təhsil almaq imkanı verməməkdən belə, hətta ölkədəki 3-4 qadın məktəblərini də bağlamışdı.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə