Paytaxtın mərkəzində atışma olub BİR GƏNC 9 GÜLLƏ YARASI ALIB

Gürcüstan paytaxtının mərkəzində atışma baş verib və 22 yaşlı gənc 9 güllə yarası alıb. SİA xəbər verir ki, bu barədə Rustavi 2 TV məlumat yayıb.

"Tiflisin mərkəzindəki Ancapirdze küçəsində yaralanan 22 yaşlı gəncin adı Nika Kvaratsxeliadır. O, klinikaya aparılıb. Ehtimal ki, qanlı atışmada iki nəfər iştirak edib", deyə telekanal xəbər verir.

TV -nin məlumatına görə, "gəncə 9 dəfə atəş açılıb və Gürcüstan Daxili İşlər Nazirliyi hadisəni araşdırmağa başlayıb".

Hələlik zərərçəkənin sağlamlıq vəziyyəti məlum deyil, patrul polisi briqadaları hadisə yerinə səfərbər edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə