Qərbi Afrika ölkəsi Nigeriyada kolera epidemiyasında həyatını itirənlərin sayı 2 min 141-ə yüksəlib. SİA xarici mətbuta istinadən xəbər verir ki, ölkədə epidemiya 1 ştatdan 3 sentyabr tarixinə qədər 23 əyalətə və paytaxt Abujaya yayılıb. Bu dövrdə 65 min 145 nəfərə vəba diaqnozu qoyulub və 2 min 141 nəfər epidemiya səbəbindən ölüb. Ölkədə vəba epidemiyasının ən sıx yaşayan əyalət 10 min 343 hadisə ilə Kano, epidemiya səbəbi ilə ən çox insan itkisi olan əyalət isə 150 adamın həyatını itirdiyi Katsina şəhəridir. NCDC direktoru Dr. Kikve Ihekveazu, verdiyi açıqlamada, ölkədə aşkarlanan halların 26 faizinin 5-14 yaş arasında olduğunu deyib. Ihekveazu, ölkədəki epidemiyaya qarşı əyalətlərdə müxtəlif kampaniyaların başladığını bildirib və ictimaiyyəti gigiyenaya daha çox əhəmiyyət verməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə