İsrail döyüş təyyarələri Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə hava zərbələri endirib. Yerli mənbələr hücumda şəhərin qərbindəki Həmasın mövqelərinin hədəf alındığını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində yanğın baş verib və hadisə yerinə xilasetmə maşınlarının göndərildiyi bildirilib. İsrail mətbuatı isə hava hücumunun Qəzzanı yandıran balonların atılmasına cavab olaraq edildiyini bildirib. Hücumda ölən və yaralananların olub -olmadığı hələ bilinmir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə