Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutu (IPHES) verdiyi açıqlamada, Barselona yaxınlığındakı Cabellades bölgəsindəki Abrik Romani adlı yaşayış yerində davam edən qazıntılar zamanı Neandertal maral ovçularının 60.000 il əvvələ aid qalıqlarının aşkarlandığı deyilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu bölgədə yaşadığı bilinən Neandertal cəmiyyətinin qalıqlarının, Rovira Virgili Universitetində tarixdən əvvəlki Araşdırmalar Departamentinin rəhbərliyi altında təxminən 20 arxeoloqdan ibarət qrup tərəfindən aparılan qazıntılar zamanı ortaya çıxarıldığı qeyd edilib. Neandertalların yem axtaran maral ovçuları olduğu bildirilib və yediklərinin qalıqları da qazıntı zamanı sənədləşdirilib. Arxeoloqlar, ən az 3 maralın qalıqlarının tapıldığını və kəllə sümüklərinin eyni bir yerə yığıldığını və bunun xüsusi bir vəziyyətin göstəricisi olduğunu deyib. Qazıntı zamanı çaxmaq daşından, əhəngdən və qumdan hazırlanmış çoxlu daş alətlərin tapıldığı da bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB