Amerika Milli Aviasiya və Kosmos İdarəsi olan NASA, Marsda araşdırmalarını sürətləndirmədən davam etdirir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Perseverance qırmızı planetdə həyat izləri axtararaq yeni bir bölgəyə doğru hərəkət etməyə başlayıb. Ancaq sui-qəsd nəzəriyyəçilərinə görə, çoxdan yadplanetlilərin sübutlarını tapıb və NASA bunu gizlədir. Fikir yürüdənlər bununla məhdudlaşmadılar və Perseverance tərəfindən çəkilmiş bir fotoşəkildə guya yadplanetlilərin dəlillərini tapdıqlarını bildirib. İddialara görə, NASA fotoşəkili süzgəcdən keçirə bilməyib. UFO ovçuları, Amerika Milli Aviasiya və Kosmos İdarəsinin bu səhvdən xəbərdar olduğunu, lakin heç bir açıqlama vermədiyini vurğulayıb.
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB