İsrailin yerli vaxtla 01:26-da Şam şəhərinin mərkəzində rejim qüvvələrinə aid bəzi hərbi nöqtələrə hava zərbəsi endirdiyi iddia edilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Dəməşqdə və ətrafında ağır partlayış səslərinin eşidildiyi bildirilir. Əsəd rejiminə aid xəbər agentliyinin yaydığı məlumatda bildirilir: "Hava hücumu Beyrutun cənub-şərqindən edilib. Hava hücumundan müdafiə sistemlərimiz düşmənin hədəflərinə qarşı çıxdı və əksəriyyətini vurdu". Xəbərdə mediaya yalnız maddi ziyanın gəldiyi bildirilib. Paytaxt Dəməşqdə Livan Hizbullahı və İran İnqilab Keşikçilərinin komandanlığı altında olan xarici terror qruplarına və rejim ordusuna aid hərbi nöqtələr var.
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB