Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova, ABŞ-ın Ukraynanı Rusiyaya qarşı "silah" olaraq istifadə etdiyini deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Zaxarova, videokonfrans vasitəsilə paytaxt Moskvada keçirilən həftəlik mətbuat konfransında ABŞ və Ukrayna arasındakı əlaqələri qiymətləndirib. Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfər etdiyini xatırladan Zaxarova deyib: "Vaşinqtonun Kiyevi Rusiyaya qarşı silah kimi istifadə etməsi pis nəticələrə səbəb ola bilər". Bu nəticələrin Ukrayna üçün keçərli olacağını ifadə edən Zaxarova: "Bəzi nəticələr açıqdır. Bunların arasında Ukraynanın milli maraqlarını itirməsi, dövlətin disfunksiyası, tarixi şəxsiyyətin itirilməsi nümunədir". Ukraynanın şərqindəki Donbas məsələsinə də toxunan Zaxarova burada "vətəndaş müharibəsi" olduğunu müdafiə edib. Zaxarova beynəlxalq birliyi Ukraynanın silah tədarükünə embarqo qoymağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB