Futbol klubunun prezidentinə böyük itki

"Fənərbaxça" futbol klubunun keçmiş prezidentlərindən Tahsin Kayanın oğlu Mustafa Kaya dünyasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Fənərbaxça" rəsmi xəbər saytında ölüm xəbərini açıqlayıb. "Fənərbaxça"nın açıqlamasında aşağıdakı ifadələrə yer verilib: "Klubumuzun keçmiş prezidentlərindən Tahsin Kayanın oğlu Mustafa Kaya dünyasını dəyişib. Mərhumun cənazəsi 03.09.2021 cümə günü Sakarya Gayve Mərkəz Məscidində keçiriləcək. Mərhumun ailəsinə və yaxınlarına başsağlığı veririk".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə