Somalidən birtərəfli müstəqilliyini elan edən Somaliland xarici işlər nazirinin müavini Liban Yusuf Osman, Somalilandın əfqanıstanlı qaçqınlarla bağlı ABŞ və digər beynəlxalq qurumlarla danışıqlar apardığını deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ və digər agentlərin istəyini nəzərdən keçirdiklərini ifadə edən Osman deyib: "Hazırda vəziyyəti qiymətləndiririk, razı qalsaq, bu işin bir hissəsi olacağıq".
Daha əvvəl Afrikada Uqanda 17 avqustda ABŞ-ın tələbi ilə 2000 əfqan qaçqını müvəqqəti olaraq qəbul edəcəyini açıqlayıb. 50 əfqan qaçqından ibarət ilk karvan 25 avqustda Kampalaya gəlib.
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB