ABŞ-ın Nyu-York şəhərində 7, Nyu Cersidə 1 nəfər daşqın nəticəsində həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İda tropik fırtınası səbəbindən şiddətli yağışların və daşqınların yaşandığı iki şəhərdə fövqəladə vəziyyət elan edilib. Nyu-York bələdiyyə başçısı Bill de Blasio qasırğa üçün bu ifadələri işlədib: "Yaranan təhlükəli şərtlər səbəbi ilə tarixi bir hava hadisəsi ilə üzləşirik". Sosial mediada paylaşılan bəzi görüntülərdə yolların bir gölə çevrildiyi və metro stansiyalarının su altında qaldığı görünür.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə