İspan Kadena COPE radiosuna müsahibəyə qatılan katoliklərin mənəvi lideri Papa Frankisdən Əfqanıstanda son hadisələr haqqında düşüncələri soruşulub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Papa, dünyanın ən böyük liderlərindən biri hesab etdiyi Almaniya kansleri Anqela Merkeldən sitat gətirərək suala cavab vermək istədiyini bildirib. Tərcüməçinin ispan dilinə çevirdiyi cavabda, Papa, xalqın adət-ənənələrinə və digər ölkələrdə demokratiya qurma cəhdlərinə məhəl qoymamaqla ölkələrə xarici müdaxilənin məsuliyyətsizliyinə son qoyulması lazım olduğunu bildirib. Amma Papanın Merkeldən sitat gətirdiyini düşündüyü sözləri Putin keçən ay Merkelin Moskvaya səfəri zamanı deyib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə