Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada verdiyi açıqlamada Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Baydenin görüşünü xatırladıb, bu görüşdən sonra iki ölkə arasında strateji sabitlik mövzusunda daha bir dialoqun başladığına diqqət çəkib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bəzi silahların məhdudlaşdırılması üçün infrastrukturun hələ qurulmadığına diqqət çəkən Lavrov Rusiya ilə ABŞ arasında stratejik sabitlik mövzusunda yeni bir görüşün keçiriləcəyi ilə bağlı məlumatı paylaşıb.
"Görüşün yeni mərhələsi sentyabr ayında keçiriləcək. Biz nüvə və nüvə olmayan bütün strateji silahların hücum və müdafiə məqsədləri üçün istifadə edilməsini amerikalılarla razılaşma təklif edirik", deyə Lavrov əlavə edib.
Hər iki ölkənin ortaq bir nöqtəyə çatmağı hədəflədiyini ifadə edən Lavrov deyib: "Vaşinqtonun nüvə müharibəsinin qəbuledilməz olduğunu anlaması təkcə Putin və Bayden görüşündə deyil, həm də danışıqlar prosesində konkret hərəkətlərlə təsdiqlənir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB