Banqladeşin Patqram Polis İdarəsi rəsmisi Ömər Faruk bildirib ki, BSF, Banqladeşin şimal sərhədindəki Lalmonirhatın Patqram bölgəsindəki Burimari sərhədində iki banqladeşlini atəşə tutub. SİA xarici mətbuata istinadən xəbər verir ki, sərhədin Hindistan tərəfindən gələn gənclərin qanuni giriş sənədlərinin olmadığını qeyd edən Faruk deyib: "Bəli, hadisə bazar günü səhər gənclər inəkləri ilə Hindistandan qayıdarkən baş verib. Onlar güllələnib və Hindistan Sərhəd Təhlükəsizlik Qüvvələri cəsədləri çatdırmayıb".
Faruk əlavə edib ki, Banqladeş Sərhəd Mühafizəçiləri (BGB) cəsədlərin alınması üçün çox çalışırlar. BSF-nin sərhəd bölgələrində ölümcül silahlardan istifadə etməmək öhdəliyinə baxmayaraq, Banqladeş sərhədində mülki ölümlər davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB