Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Bağdad İşbirliği və Ortaklık Konfransında çıxış edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, çıxışında Çavuşoğlu iki ölkə arasındakı iqtisadi əməkdaşlığa və ortaqlığa vurğu edərək İraqın sabitliyini təmin etmək üçün bu ölkəyə dəstək verməyə davam edəcəklərini ifadə edib. Terrorun bölgənin və İraqın gələcəyində heç vaxt yer tutmayacağını vurğulayan Çavuşoğlu, sözünə belə davam edib: "DAEŞ, PKK, YPG və FETÖ kimi terror təşkilatları ilə eyni anda mübarizə aparan bir ölkə olaraq, terrorun qaranlıq tərəfini çox yaxşı bilirik. DAEŞ, PKK və YPG kimi terror təşkilatları da regional təhlükəsizliyi təhdid edir. İnanırıq ki, PKK terror təşkilatının İraqdakı varlığı heç vaxt mümkün olmayacaq. Bir daha vurğulamaq istərdim ki, bütün dost və qonşu ölkələrin bu terror təşkilatı ilə mübarizəmizə dəstək verməsini gözləyirik. İraq dövlətinə hər cür dəstək verməyə hazırıq. İraqın sabitliyinə təhlükə yaradan və suverenliyini pozan bu terror təşkilatı ilə mübarizəsində yanında olmağa hazırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB