"Əfqanıstan millətini dəstəkləyirik"

İran Ali dini lideri Xamneyi Əfqanıstan barəsində fikir səsləndirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Əfqanıstandakı böhranların mənbəyinin ABŞ olduğunu ifadə edən Xamneyi bunları deyib: "ABŞ Əfqanıstanı inkişaf etdirmək üçün bir addım belə atmadı. Əfqanıstanda böhranların mənbəyi ABŞ-dır. Amerikalılar, 20 il ərzində işğal, toy və cənazələri bombalamaq, günahsızları öldürməklə məşğul olub. Bu ölkədə həbs etmək və narkotik istehsalını 10 dəfə artırmaq da daxil olmaqla, hər cür vəhşiliyi törətdilər". Əfqanıstan xalqını dəstəkləməyə davam edəcəklərini ifadə edən Xameneyi: "Əfqanıstan millətini dəstəkləyirik. Hökumətlər gəlir və gedir, Əfqanıstan xalqı isə qalıcıdır. Hökumətlərlə münasibətlərimizin mahiyyəti onların bizimlə münasibətlərindən asılıdır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə