"Ancaq bir yol açmaq üçün canlarını verdilər"

Baş nazir Morrison paytaxt Canberrada keçirdiyi mətbuat konfransında, Kabildə hava limanına edilən terror aktlarını "pis, planlı və insanlıqdan kənar" olaraq xarakterizə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Jo Baydenə amerikalı əsgərlərin itkisinə görə başsağlığı verən Morrison deyib: "Amerikalı və əfqan dostlarımızla birlikdə onların dəhşətli və çoxlu itkilərinə yas saxlayırıq" .

Terror aktı nəticəsində bir neçə saat əvvəl Avstraliya hərbçilərinin dayandığı qapıda 13 ABŞ hərbçisinin öldüyünü ifadə edən Morrison bunları deyib: "Bu cəsur amerikalı gənclər həyatı qorumaq, canlarını qurtarmaq üçün o qapıda dayandılar, ancaq bir yol açmaq üçün canlarını verdilər".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə