" Vətəndaşlarımızın təxliyəsinə başladıq"

Milli Müdafiə naziri Hulusi Akar Kabul Hava Limanında Türk Silahlı Qüvvələrinin heyəti haqqında dəyərləndirmə aparıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Akar bütün tədbirlərin alındığını və Türk əsgərinin həyatının təhlükə altında olmadığını deyib.

Milli Müdafiə naziri Əfqanıstanda baş verən hadisələrlə əlaqədar olaraq deyib: "Türk vətəndaşlarımızdan bəzilərinin təxliyəsinə artıq başladıq. Bunun üçün Hava Qüvvələrimiz ixtiyarında olan təyyarələrimizdən istifadə edirik. Bu təxliyələr davam edəcək"

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə