Yaralıların sayı 6 min 900-ü keçdi

Səlahiyyətlilər, bu günə qədər 60 mindən çox evin dağıldığını, şiddətli zəlzələ nəticəsində 76 min evin və bir çox ictimai binanın xarab olduğunu, dağıntılar altında axtarış -xilasetmə işlərinin davam etdiyini bildirir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Haiti Mülki Müdafiə Agentliyi zəlzələdə həyatını itirənlərin sayının 1941 -ə qədər artdığını və yaralıların sayının 6 min 900 -ü keçdiyini açıqlayıb. Beynəlxalq yardımlar çərçivəsində, ABŞ -dan mütəxəssis axtarış və xilasetmə qrupunun ölkəyə gəldiyi və Meksikadan 15.4 ton qida, dərman və su da daxil olmaqla bəzi yardımların gəldiyi paylaşılıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə