“Azərbaycan Şurnuxda fəal mühəndislik işləri aparır...”

Azərbaycan hərbçiləri Şurnuxun onların nəzarətində olan hissəsində və ətraflarında fəal mühəndislik işləri aparırlar. SİA xəbər verir ki, bu barədə ermənilərin kənd rəhbəri kimi təqdim etikləri Akob Arşakyan “Sputnik Ermənistan”a danışarkən bildirib.

Akobun sözlərinə görə, hazırda kəndin Azərbaycanın nəzarətinə keçən hissəsində onlar xeyli qutular qoyublar.

Arşakyan “böyük əminliklə” azərbaycanlıların ələ keçirdikləri bu yüksəkliklərdə özlərinə yeni postlar qurduqlarını bildirir.

Maraqlıdır ki, qorxusunu bir anda olsa belə gizlədə bilməyən “kənd başçısı” Azərbaycan əsgərlərinin onlar üçün “açıq-aşkar nəsə bir şey hazırladıqlarına əminlik” də ifadə edib.

“...Hazırda azərbaycanlı hərbçilərin bizim üçün “nəsə bir sürpriz” hazırladıqlarını, hətta kənddəki uşaqlar belə başa düşürlər”-deyən Arşakyanın sözlərinə görə, hər axşam Şurnuxun ən yaxın kənd ərazisinə hər biri 7-8 maşından ibarət olan Azərbaycan bölməsinin avtomobilləri daxil olur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə