Koronavirusa yoluxanların sayı artıb

Ötən həftə dünyada yeni növ koronavirusdan (COVID-19) ölüm halları bir faiz artıb. SİA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumatda qeyd edilir. Bildirilir ki, ötən həftə COVID-19-a 3.4 milyon insan yoluxub ki, bu da əvvəlki həftə ilə müqayisədə 12 faiz çoxdur.

Yoluxma hallarına artım dinamikası Qərbi Sakit okean regionunda (30 faiz), Avropada (21 faiz), Cənub-Şərqi Asiyada (16 faiz) qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə